Restoran sahibi 13 min avronu turistə qaytardı

20 Sentyabr 2018 07:59 (UTC+04:00)

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, müəssisə sahibi Enriko Skettinonun sözlərinə görə, qadın onun restoranına uçuşdan öncə nahar etməyə gəlib. Daha sonra turist hesabı verərək gedib. Pul kisəsini restoranda unutduğunu isə o, yalnız uçuş zamanı xatırlayıb.

Səyahətçi "Facebook" vasitəsi ilə Enriko Skettinodan içərisində 500 avro olan çantasını tapmağı xahiş edib. Qadınla yazışmadan sonra o, restorana gedib və çantanı turistin nahar etdiyi stulun yanında aşkar edib.

"Mən çantanın ağzını açmadan polisə təhvil verdim", — deyə restoran sahibi bildirib.

Polisdə məlum olub ki, unudulmuş çantada təqribən 13 min avro var. İndi turist qadın tezliklə Neapola qayıdacaq və öz əşyalarını götürəcək.

AzNews.az