“Səyyar ASAN” Neftçilər gününü nefçilərlə keçirir

20 Sentyabr 2018 11:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbir çərçivəsində Çilov adasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar ASAN xidmət təqdim edilib. Vətəndaşlar tədbir çərçivəsində şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də “Azəriqaz” İB-nin xidmətlərindən yararlanıblar.

Nigar CƏFƏR

AzNews.az