Ailənin 10-cu uşağı dünyaya gəldi - Bərdədə

20 Sentyabr 2018 14:46 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, rayonun Yenidaş kənd sakinləri Vüsal və Gülnar Qurbanovların yeni doğulan uşağı oğlandır.

14 ildir, qurulan ailənin bundan əvvəl 9 uşağı olub. Onlardan 4-ü qız, 5-i isə oğlandır.

Vüsal Qurbanov övladlarını pay torpaqlarını becərməklə və əlavə olaraq, toy şənliklərində operator kimi çalışmaqla dolandırdığını deyib: “Yoldaşım evdar qadındır. Vəziyyəti yaxşıdır. Ümumiyyətlə, bütün uşaqlar sağlamdır”.

Vüsal Qasımov uşaqların sayının çox olmasını Azərbaycan sözü ilə əlaqələndirib: “Azərbaycan sözünün hər hərfinə görə bir övlad dünyaya gətirdik”.

Bahar RÜSTƏMLİ
AzNews.az