Gömrük Hospitalında yeni təyinatlar – iki qurumun rəhbəri dəyişdi

20 Sentyabr 2018 16:56 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, R. Mahmudov Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin olunub.

R. Mahmudov faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.

Tanınmış transplantoloq Mircəlal Kazimi isə Mərkəzi Gömrük Hospitalında, Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri təyin edilib.

Az.news.az-ın xəbərinə görə, M. Kazımi Mərkəzi Neftçilər Xəstəxanasından ayrılıb.