AzNews.az-a mövzu ilə bağlı açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Ermənistandakı siyasi böhran növbəti parlament seçkilərinə qədər davam edəcək və bu idarəetmə forması Ermənistan üçün uğurlu olmayacaq:
“Hazırda ölkədə qüvvələr nisbəti tam müəyyənləşməyib. Parlamentdə köhnə hakimiyyətin təmsilçiləri, Serj Sarkisyanın “Respublikaçılar” partiyası üstünlük təşkil edir. Ona görə də Paşinyanın nəzarətində deyil. Üstəlik, Nazirlər Kabinetində, bürokratik aparatın orta və aşağı təbəqələrində Serj Sarkisyanın xeyli tərəfdarları qalıb. Bu baxımdan yeni parlament seçkilərinin keçirilməsi gələn ilin may ayında nəzərdə tutulub. Düşünürəm ki, həmin vaxta qədər ölkədə siyasi böhran davam edəcək. Parlament idarəçiliyi olan cəmiyyətlərdə bir çox hallarda demokratiyanın tələblərini reallaşdırmaq çətin olur. Çünki bu çoxluğun hakimiyyətinə gətirib çıxarır. Amma elə ölkələr var ki, onlar tələb edir ki, prezident idarəsi olsun. Bu ölkədə mərkəzləşdirilmiş güclü hakimiyyətə ehtiyac duyulur. Bu səbəbdən də hər bir ölkənin xüsusiyyətindən aslı olaraq uyğun idarəetmə formaları tətbiq edilir. Buna görə də düşünürəm ki, parlament idarəsi Ermənistana düşməyəcək.”
Pərvanə AĞAZADƏ
AzNews.az