Ən ucuz Avropa ölkəsi hansıdır?

1 Aprel 2013 08:25 (UTC+04:00)


"APA-Economics"in məlumatına görə, siyahı tərtib olunanda bu şəhərlərdəki ən ucuz hotel, motel və ya hostellərdə sutkalıq yaşama, 3 dəfə yemək, ictimai nəqliyyatda iki dəfəlik gediş-gəliş, hər hansı muzeyin ziyarəti və yerli pivə və ya şərabın 3 porsiyasının qiyməti nəzərə alınıb.

Reytinqə görə, müstəqil səyahət üçün Avropanın ən ucuz şəhəri Bolqarıstan paytaxtı Sofiyadır. Belə ki, Sofiyada sözügedən parametrlər nəzərə alınmaqla turistin sutkalıq xərci 20,75 ABŞ dolları təşkil edir. Siyahıda ikinci yerdə Polşanın Krakov şəhəri (26,55 dollar), üçüncü yerdə isə Rumıniyanın paytaxtı Buxarest şəhəri (28,30 dollar) yer alıb. Reytinqin ilk beşliyini Macarıstanın paytaxtı Budapeşt (33,10 dollar) və Türkiyənin İstanbul şəhərləri (35,77 dollar) tamamlayır.

AzNews.az