Orxan Gəncəbay yenidən xəstəxanalıq oldu

20 Sentyabr 2018 21:48 (UTC+04:00)

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 74 yaşlı ifaçı yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib.

Həyat yoldaşı Sevim Əmrə ilkin tibbi müdaxilədən sonra O. Gəncəbayın səhhətinin hazırda yaxşı olduğunu söyləyib:

“Səhər temperaturu 39 dərəcəyə qalxmışdı. Dərhal xəstəxanaya gəldik, analizlər götürüldü. Nəticələri gözləyirik. Ola bilsin ki, infeksiya səbəbindən hərarəti qalxıb. Amma hazırda yaxşıdır”.

AzNews.az