“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, qərarı hakim Yelena Lenskaya elan edib.
"Məhkəmə qərara alıb: istintaqın vəsatəti təmin edir ki, Mərdanov barəsində noyabrın 17-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçilsin", - deyə qərarda bildirilir.
O, bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış insan həyatı və ya sağlamlığı üçün təhlükəli olan güc tətbiqi və ya belə bir zorakılıq təhdidi ilə (RF CM-nin 126-cı maddənin 2-ci hissəsi) törədilmiş oğurluq hadisəsi üzrə ittiham olunur.
Müstəntiq məhkəmədə bildirib ki, Mərdanovun cinayətdə iştirakı şahidlərin ifadələri və ekspertiza rəyləri əsasında toplanmış sübutlarla əsaslandırılıb.
Azərbaycan əsilli Rusiya vətəndaşı günahını etiraf etməyib: "Mən cinayət törətməmişəm, etiraz edirəm. 14 il keçib, indi ayılıb. Nə oldu birdən-birə?", - deyə o bildirib.
AzNews.az