İraq İrandakı səfirini geri çağırır

20 Sentyabr 2018 22:22 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı NEWSru.co.il məlumat yayıb.

Məlumata əsasən, geri çağırılma heç də İranla diplomatik münaqişə deyil, internetdə yayımlanan videoyazı olub.

Al-Musəvi Tehranda keçirilmiş konfransın natiqlərindən biri olub. Onun çıxışı zaldakı İraq vətəndaşları tərəfindən yarımçıq dayandırılıb. Onlar səfiri ölkədəki çətin vəziyyətdə ittiham edib. Diplomat onları təhqir etməyə başlayıb.

“XİN vətəndaşlara qarşı hörmətsizlikdən və səfirin məsuliyyətsiz davranışları ilə əlaqədar təəssüfləndiyini bildirir. Araşdırma başlanılıb və lazımi tədbirlər görüləcək”, - nazirliyin bəyanatında bildirilib.

AzNews.az