Ordumuzun əsgəri yaralandı

1 Aprel 2013 09:01 (UTC+04:00)



Lent.az-ın məlumatına görə, Goranboy rayonunda, cəbhə xəttində yerləşən hərbi hissədə əsgər Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə əsgər Toğrul Abdullazadə güllə yarası alıb. O, hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.

Faktla əlaqədar araşdırma aparılır.