“Sənsiz həyat“ trekinə klip çəkildi- VİDEO

1 Aprel 2013 09:00 (UTC+04:00)
Artıq iki ilə yaxındır reper kimi fəaliyyət göstərən Orxan Həyat yeni layihələrə imza atır. Belə ki, o, bu günlərdə "Sənsiz həyat" adlı trekinə klip çəkdirib. Klipin rejissoru Mr. Babadır. Sözləri özünə, musiqisi Səttar Məmmədova məxsus bu trekin ekranlaşdırmasına səbəb internet istifadəçilərinin çoxsaylı istəyi olub. Orxan trekin ekranlaşdırılması barədə bunları deyib: "Köhnə trekləri ekranlaşdırmağa heç vaxt marağım olmayıb. "Sənsiz Həyat" trekini ekranlaşdırmağıma səbəb isə məhz pərəstişkarların arzu-istəklərini yerə salmamaqdır".

Qeyd edək ki, gənc reper populyar müğənni Elnarə Xəlilova ilə birgə də duet oxuyacaq. "Elnarə xanım yeganə duet oxumaq arzusunda olduğum müğənnidir. Bununla əlaqədar ona müraciət etdik. Sağ olsun, sözümüzü yerə salmadı. O, gənc olsa da populyardır. Ancaq həm də gənclərə ürəkdən dəstək olan sənətçidir. Onunla ifa edəcəyim trekin adı "Ritm"dir. Aranjiman artıq hazırdır. Bu günlərdə yazdırmaq üçün studiyaya girəcəyik"-, deyə gənc reper bildirib.

AzNews.az