DİM rəhbəri bildirib ki, abituriyent 700 balın 300-nü buraxılış imtahanından, 400-nü isə qəbul imtahanlarından toplaya bilər. Balları cəmləşdirəndə maksimum yenə 700 bal olacaq: “İndi qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn il üçün isə isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tədbiq olunan kurikulum sistemindən irəli gəlir”.
AzNews.az