Aqil Abbas: “Allah mənə sözümü deməyə imkan verib”

1 Aprel 2013 09:40 (UTC+04:00)



Bunu AzNews.az-a millət vəkili Aqil Abbas dedi. A.Abbas bildirdi ki, hər halda 60 illik yubileyə Mədəniyyət və Turizm Nazirliyi biganə qalmaz: "Hər halda nəsə bir şey təşkil edərlər. Amma əsas odur ki, səhər duranda 60-ı geridə qoyduğumu hiss etdim. 15 saatlıq ad günü. Səhər başlayır, axşam sona çatır. 60 ildə Allah mənə sözümü deməyə imkan verib. Nə istəmişəmsə, onu da yazmışam. Yazmaq istədiklərim də var, İnşallah onları da yazacam".

Xatırladaq ki, bu gün yazıçı, millət vəkili Aqil Abbasın 60 yaşı tamam olur.

Bahar Rüstəmli
AzNews.az