Səudiyyədə daha bir ilk

21 Sentyabr 2018 19:27 (UTC+04:00)

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rəsmi “Əs-Suudiyyə ”telekanalında Viam əd-Dahil adlı aparıcı tamaşaçıların qarşısına çıxıb. Qadın aparıcı televiziya kanalının və xəbər proqramının yeni mövsümdə ilk buraxılışının təqdimatı olduğuna görə verilişi həmkarı Ömər ən-Nəşvanla birgə aparıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında aparılan son islahatlar nəticəsində qadınlara avtomobil idarə etməyə, idman yarışlarını stadiondan izləməyə icazə verilib.

AzNews.az