Prezident istintaqa çağırılacaq

1 Aprel 2013 10:02 (UTC+04:00)

Bunu Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili "Maestro" telekompaniyasının efirində bildirib.

Baş prokurorun sözlərinə görə, prezidentə ünvanlanacaq suallar təkcə "İmedi" teleşirkəti ilə bağlı olmayacaq: "İmedi" işi tək iş deyil. Saakaşviliyə aid olan başqa bir işin materialları da var. Bu işlə bağlı biz ictimaiyyəti hələlik məlumatlandırmamışıq".

Baş prokuror bildirib ki, qanun heç kəsi məsuliyyətdən azad etmir və əgər lazım gələrsə Saakaşvili şahid qismində istintaqa çağırılacaq.

Elnarə Əlosmanqızı
AzNews.az