AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclas barədə danışarkən bildirib.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin demokratik dəyərlərə və ənənələrə sahib parlament olduğunu vurğulayan deputat qeyd edib ki, onun ənənələrini davam etdirən Milli Məclisdə 100-cü ildönümü mərasiminin şahidi olmaq gözəl duyğudur: “Cümhuriyyət qurucuları babalarımız nur içində yatsın, onları hər zaman sevgi və sayğı ilə anacağıq. Dövlət başçımız cənab İlham Əliyev və qardaş Türkiyənin Böyük Millət Məclisinin sədri Binali Yıldırım möhtəşəm çıxış etdilər və önəmli mesajlar verdilər. Tarixi bir hadisəni yaxından izləmək və bir parçası olmaq gözəl duyğudur”.
AzNews.az