Hoakin Feniks Coker rolunda

22 Sentyabr 2018 10:52 (UTC+04:00)

AzNews.az Rusiya mətbuatına istinadən məlumat verir ki, təqdim olunan videoda aktyor Xoakin Feniks görüntülənib.

O, filmdə baş rolu canlandıracaq.

ABŞ komiks nəşriyyatı DC Comics-in əsas cinayətkarlarından biri haqqında olan film 2019-cu il, 4 oktyabr tarixində təqdim olunacaq. Yeni film adi cinayətkarın manyaka çevrilməsini göstərəcək.

Əvvəllər Coker rolunu Cared Leto, Hit Lecer, Cek Nikolson və Sesar Romero kimi aktyorlar oynayıblar. Xoakin Feniks “Qladiator”, “Ruanda oteli”, “Sirrli meşə” və başqa filləri ilə məşhurdur.

AzNews.az