Pomidor yığan qadını gün vurdu - Ağdamda

22 Sentyabr 2018 12:16 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, rayonun Çəmənli kənd sakini Sevinc İsmayılova sahədə pamidor yığarkan halı pisləşib. Sevinc İsmayılova təcili-tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada qadının günəşin altında çox qalmaqdan bu vəziyyətə düşdüyü müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Bahar RÜSTƏMLİ
AzNews.az