“Peşə məktəblərini qurtaranların 50%-i işlə təmin olunur“

1 Aprel 2013 10:39 (UTC+04:00)



Lent. az-ın məlumatına görə bunu təhsil naziri Misir Mərdanov peşə təhsili ilə bağlı yeni sistemin təqdimatında çıxışı zamanı deyib. O bildirib ki, digər təhsil pillələrində belə bir göstərici yoxdur: "Bu onu göstərir ki, Azərbaycanda peşə təhsilinə böyük ehtiyac var. Ölkə prezidenti öz siyasətində bunu bir prioritet məsələ kimi qarşıya məqsəd qoyub".
Nazir onu da qeyd edib ki, ölkədə müxtəlif yollarla beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə yeni peşə məktəbləri tikilir, əsaslı təmir olunur. Bu görülən işlərin hamısı vaxtında və düzgün formada ictimaiyyətə çatdırılmalıdır.

AzNews.az