"İndi Azərbaycanı ABŞ-dan daha çox sevirəm” - Lütfi Zadənin oğlu

22 Sentyabr 2018 14:04 (UTC+04:00)

Norman Zadə bildirib ki, milyonlarla dollar məbləğində ziyana düşüb. O, Amerika məhkəməsinin barəsində çıxardığı qərardan söhbət açıb: "Amerikada məhkəmə ilə bəzi problemlər var. Müəllif hüququ oğruları mənim "Perfect 10" jurnalımın məzmununu oğurladılar. Biz məhkəməyə müraciət etdik. Məhkəmədəki dəli hakim onların xeyrinə qərar çıxardı, bizim jurnalımızın 6.5 milyon dollarlıq məzmunu ilə onları mükafatlandırdı. İndi onlar mənimlə şəxsən mübarizəyə başlayıblar. Həyatımın 18 ilini və 53 milyon dollarımı itirdim".

Norman Zadə Azərbaycana olan sevgisini də dilə gətirib: "Hazırda mən Azərbaycanı ABŞ-dan daha çox sevirəm. Onlar atama və mənə böyük hörmətlə yanaşdılar. Amerikada isə bunun tam əskini görürəm".

Lütfi Zadənin oğlu atasının qəbirüstü abidəsi ilə bağlı fikirlərini də bölüşüb: "Mən abidənin şəkillərini gördüm. Çox bəyəndim. Əməyi keçən hər kəsə təşəkkür edirəm".

AzNews.az