Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanan ilk Azərbaycan idmançısıdır.
*****
13:23
Cüdo üzrə dünya çempionatında ölkəmizi 73 kiloqram çəki dərəcəsində təmsil edən Hidayət Heydərov bu gün keçirdiyi üçüncü görüşündə tacikistanlı Bəhruzi Xocazodaya qalib gəlib. Beləliklə, idmançımız çempionatın 1/4 final mərhələsinə yüksəlib.
*****
12:59
Cüdoçumuz Hidayət Heydərov (73 kq) dünya çempionatının 1/16 final mərhələsində Monako idmançısı Sedrik Bessi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/8 final mərhələsinə yüksəlib.
H.Heydərovun rəqibi tacikistanlı Bəhruzi Xocazoda olacaq.
*****
11:30
Cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən daha bir idmançımız Hidayət Heydərov tatami üzərinə çıxıb. O, 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə H.Heydərovun rəqibi Sedrik Bessi (Monako) olacaq.
AzNews.az