Müdir fəhlənin orqanlarını partlatdı - Sexdə faciə (Video)

22 Sentyabr 2018 21:46 (UTC+04:00)

Fəhlə ilə zarafatlaşmaq istəyən müdir bilmədən onu ağır yaralayıb.

Belə ki, müdir əvvəlcə kompressoru işçinin qulağına, saçına, sonra da arxasına püskürdüb. İşçi həmin anda yerə yıxılıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər bildirib ki, fəhlənin daxili orqanları zədələnib. Bu səbəbdən də, o, 15 gün sonra xəstəxanada dünyasını dəyişib.

Aditya Jadhav adlı fəhlənin ölümünə səbəb olan müdir hadisə yerindən qaçıb. O, 20 günə yaxındır ki, axtarışdadır.

Aditya Jadhav sentyabrın 18-də ölüb. Hadisə sentyabrın 3-də Hindistanın Maxaraştra ştatında baş verib. (milli.az)

Həmin videonu anbaan təqdim edirik.

AzNews.az