15 otaqlı ev külə döndü

23 Sentyabr 2018 09:13 (UTC+04:00)

FHN-dən AzNews.az-a verilən məlumata əsasən, rayonun Katex kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 15 otaqlı evin yanar konstruksiyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az