Atdan yıxılan çoban xəstəxanalıq oldu

23 Sentyabr 2018 09:38 (UTC+04:00)

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə "Tərəvəzçilik" adlanan yaşayış massivinin yaxınlığındakı otlaqda baş verib.

Otlaqda mallarını otaran 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ədalət İbrahim oğlu Kərimov ehtiyatsızlıqdan atdan yıxılıb. Nəticədə onun qabırğaları qırılıb və digər ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az