Gəmi faciəsində ölənlərin sayı 209 nəfərə çatdı

23 Sentyabr 2018 10:22 (UTC+04:00)

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Citizen" qəzeti yazıb.

Şənbə günü daha 69 nəfərin meyiti aşkar edilib.

Bərə cümə axşamı Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.

Bəzi məlumatlara görə, göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.

AzNews.az