“Gözəgörünməz“ gəmilərin sınağı başlayır

1 Aprel 2013 11:50 (UTC+04:00)
Xəzər donanmasının komandanlığı və "Qorki" adına Zelenodolsk zavodunun nümayəndələri "gözəgörünməz" gəmilərin yeni hərəkət və dövlət sınaq müddətini müəyyən edəcək.

Bu barədə "Cənub hərbi dairəsi"nin mətbuat xidmətinə istinadən "İnterfax" agentliyi xəbər yayıb.

"Yeni tikilən "Uqliç" və "Qrad Sviyajsk" kiçik raket gəmilərinin vaxtında istismara verilməsinin təmin olunması məqsədi ilə "A.M. Qorki" adına Zelenodolsk zavodunun nümayəndələri Xəzər donanmasına gəliblər. Donanma komandanlığı və zavod nümayəndələri yeni qurğuların istifadəyə verilməsi üzrə birgə tədbirin hazırlıqları barədə qərar qəbul etməli, bir sıra məsələləri müzakirə etməlidirlər"- məlumatda bildirlir.
Bundan başqa, müşavirə zamanı Xəzər dənizinin akvatoriyasında gəmilərin zavod hərəkət və dövlət sınaqlarının keçirilməsinin müddəti və qrafiki müəyyənləşəcək.

AzNews.az