Ağcabədidə icazəsiz ov edən şəxs saxlanılıb - 1508 manat 50 qəpik cərimələnib

24 Sentyabr 2018 09:39 (UTC+04:00)

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı rayonun ”Qarqışlaq” adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöldovşanı, sığırçın quşu götürülüb.

Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və İ.Mamedova 1508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

AzNews.az