Bakıda gecə klubunda dava: bir nəfər bıçaqlandı

1 Aprel 2013 12:51 (UTC+04:00)



Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bülbül prospektində yerləşən gecə klubunda naməlum şəxs Kamran Novruzovun bud nahiyəsindən bıçaq xəsarəti yetirib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Zaur Abdullayev yaxalanıb.

AzNews.az