Ərdoğanla sevincdən ağladan görüş – “Yuxudan belə gözəldir”

24 Sentyabr 2018 10:38 (UTC+04:00)

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, tədbir iştirakçıları Ərdoğanı böyük izdihamla qarşılayıblar.

Fələstin əsilli Əbubəkr Səraq adlı şəxs isə Türkiyə prezidentini qucaqlayaraq, “çox xoşbəxtəm, bu, mənim üçün yuxudan da möhtəşəm bir şeydir. Yaşadıqlarımın gerçək olduğuna inana bilmirəm”, - deyib.

Tədbir iştirakçıları “We love Erdoğan”, “We Love Türkiye” yazılan lövhələr nümayiş etdiriblər.

Nurlan AĞA
AzNews.az