İnsanlar ən çox nədən ölür?

24 Sentyabr 2018 18:08 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, məlumat “MedicalXpress”in press-relizində yayımlanıb.

Mütəxəssislərin sözlərinə görə, spirtli içkilər dünyadakı 20 ölüm halından birinin səbəbi hesab edilir. Bildirilib ki, spirtli içkilər ürək-damar sisteminin pozulması, qaraciyər serrozu və xərçəng xəstəliyinə səbəb olmaqla yanaşı, sərxoş vəziyyətdə avtomobil idarəsi çox sayda qəzalarla nəticələnir.

Bundan başqa, spirt HİV, vərəm və pnevmoniya kimi infeksiyalara yoluxma riskini artırır. Ölüm hallarının 3/4 hissəsi kişilərdə müşahidə edilir.

ÜST-nin məlumatına görə, 237 milyona yaxın kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir.

AzNews.az