Bir qrup əcnəbi həkimin Dağlıq Qarabağa qanunsuz səfəri araşdırılır - XİN

24 Sentyabr 2018 19:22 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - Nazirlikdən vurğulanıb.

AzNews.az