Navalnıy həbsdən çıxan kimi yenə tutuldu

24 Sentyabr 2018 20:46 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Navalnıyın siyasi fəaliyyətini davam etdirən Leonid Volkov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, müxalifət lideri aksiyaların birində bir neşə şəxsin yaralanmasında və əmlakların zərər görməsində ittiham edilərək saxlanılıb.

L.Volkov Navalnıyın daha 20 gün həbs cəzası ala biləcəyini bildirib.

Qeyd edək ki, A. Navalnıy sonuncu dəfə mayın 5-də Puşkin meydanında prezident Vladimir Putinin əleyhinə təşkil olunmuş aksiyada həbs edilmişdi. Bir gün sonra o, sərbəst buraxılsa da, mayın 11-də yenidən məhkəməyə aparılaraq haqqında 30 sutka həbs qərarı verilmişdi.

AzNews.az