Elmar Məmmədyarov Trampın təşəbbüsü ilə keçirilən tədbirdə

24 Sentyabr 2018 22:50 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və BMT-nin baş katibi Antonio Quterreş çıxış edərək narkotiklər probleminin dünyada yaratdığı sosial, iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib və BMT-yə üzv dövlətləri “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı sənədə qoşulmağa dəvət ediblər.

Azərbaycan Respublikasının da qoşulduğu həmin sənəd üzv dövlətləri narkotik vasitələrdən istifadənin azaldılması və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır.

AzNews.az