AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş Assambleyasının Nyu-Yorkdakı 73-cü sessiyası çərçivəsində İngiltərə, Fransa, Almaniya, Çin və Rusiyanın xarici işlər nazirləri anlaşmanı müzakirə ediblər.
Nazirlər ABŞ-ın müqavilədən birtərəfli olaraq çıxmasına baxmayaraq, müqavilənin şərtlərinin yerinə yetiriləcəyini bəyan ediblər.
Qeyd edək ki, İran rəhbərliyi ilə P5+1 ölkələri (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) 2015-ci ilin iyul ayında nüvə proqramının məhdudlaşdırılması barədə razılığa gəlib.
Nurlan AĞA
AzNews.az