Ərdoğan və Baxçalıdan seçki ittifaqı

25 Sentyabr 2018 13:43 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu axşam AK Partinin təmsilçisi Mehmet Özhaseki ilə MHP təmsilçisi Sadir Durmaz görüşəcəklər.

İki partiyanın seçki ittifaqının yaradılmasına dair son qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı arasında olacaq görüşdə veriləcək.

Nurlan AĞA
AzNews.az