“Rusiya Helikopterləri” holdinqi Azərbaycanda servis mərkəzi açacaq

25 Sentyabr 2018 15:44 (UTC+04:00)

“RİA Novosti” xəbər verir ki, bu barədə holdinqin servis məsələləri üzrə baş direktor müavini İqor Çeçikov məlumat verib.

Onun sözlərinə görə, sərgi çərçivəsində ən yeni hərbi və mülki helikopter nümunələri təqdim edəcəklər: “Biz həmçinin Azərbaycan ərazisində Rusiya istehsalı helikopterləri üçün servis mərkəzi yaratmaq məsələsini gündəmə gətirməyi düşünürük”.

Qeyd edək ki, “Rusiya Helikopterləri” holdinqi "ADEX-2018" sərgisinə Mi-38 modellərinin nəqliyyat-sərnişin variantını, həmçinin “Ansata”, Mi-35M helikopterlərini təqdim edir. (“Report”)

AzNews.az