Tanınmış aparıcı yenidən efirə qayıtdı

25 Sentyabr 2018 17:34 (UTC+04:00)

Aparıcı yeni mövsümdən "ARB" telekanalında analitik proqramla tamaşaçıların qonağı olacaq. Bununla bağlı məlumatı aparıcının özü bildirib.

"Günə baxış" adlanacaq proqram hər gün axşam saat 23:00-da yayımlanacaq. Qeyd edək ki, İ.Məmmədov uzun zaman Az TV-də departament rəhbəri olmaqla yanaşı, həm də adıçəkilən kanalda "Həftə" adlı analitik proqramın müəllifi və aparıcı olub.

Daha sonra isə "ARB" telekanalında direktorun müavini vəzifəsinə təyin olunub. (cebhe.info)

AzNews.az