Fahişəliyə qarşı mübarizə ilə bağlı yeni qanun qəbul oluna bilər

1 Aprel 2013 15:22 (UTC+04:00)
Azərbaycanda şəxsin cinsi toxunulmazlığı, cinsi azadlığı, eyni zamanda cinsi əxlaqsızlığa qarşı mübarizə və bunun törətdiyi fəsadların aradan qaldırılmasını tənzimləyən yeni qanun layihəsinin qəbul olunması gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, layihə bir sıra QHT-lərin müraciəti əsasında bir qrup deputatın təşəbbüsü əsasında hazırlanaraq müzakirəyə çıxarıla bilər.

Layihəyə əsasən, yetkinlik yaşına çatmayanların və çatanların cinsi azadlığı, cinsi istismara və insan alverinə qarşı mübarizədə yeni profilaktik metodların tətbiq olunması, o cümlədən fahişəlik fəaliyyəti nəticəsində yayılan xəstəliklərin qarşısının alınması, buna qarşı mübarizə yeni standartlara uyğun formada tənzimlənəcək. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

AzNews.az