Futbolçu özünü işə saldı - Dopinqə görə

25 Sentyabr 2018 20:55 (UTC+04:00)

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, ötən mövsüm "Benevento"nun "Cenoa"nı 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra 31 yaşlı hücumçudan götürülən dopinq nümunəsi müsbət nəticə verib. O, həmin qarşılaşmada "Cenoa"nın heyətində 57-ci dəqiqədə meydana daxil olub.

İtaliya Antidopinq Agentliyi Rossinin bir il müddətinə futboldan kənarlaşdırılmasını tələb edib. Bu iş üçün məhkəmə prosesi oktyabrın 1-nə təyin olunub.

Qeyd edək ki, hazırda azad agent statusuna malik olan Cuzeppe Rossi karyerası ərzində İngiltərənin "Mançester Yunayted", "Nyukasl", İtaliyanın "Fiorentina", "Parma", "Cenoa" və İspaniyanın "Selta", "Levante", "Vilyarreal" kimi klublarında çıxış edib.

AzNews.az