Tramp İrandan əl çəkmir - Suriyadan, Koreyadan danışdığı yerdə...

26 Sentyabr 2018 09:51 (UTC+04:00)

Xarici KİV-lər xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp səsləndirib.

Dünən gecə BMT Baş Assambleyasının 73-cü sammitində dünya liderləri qarşısında çıxış edən Tramp qlobal problemlərə dair bir sıra önəmli açıqlamalar verib.

Şimali Koreya lideri Kim Çen Ina cəsarəti və atdığı addımlardan dolayı təşəkkür edən Tramp KXDR-in tam mənada nüvə silahlarından arındırılmasına qədər sanksiyaların tətbiq ediləcəyini də fikirlərinə əlavə edib.

O, Suriyadakı faciənin çox kədərli olduğunu və Əsədə sadiq qüvvələrin kimyəvi silahdan istifadəsi halında ciddi cavab alacaqlarını bildirib.

ABŞ prezidenti Suriya və Yəməndə axan qandan dolayı böyük ölçüdə İranın məsuliyyət daşıdığını və dünya dövlətlərinin İrana qarşı iqtisadi təzyiqi artırmalı olduğunu vurğulayıb. (ordu.az)

AzNews.az