“EL“ Siyavuş Novruzovun şeirinə şeirlə cavab verdi - DEYİŞMƏ

1 Aprel 2013 16:31 (UTC+04:00)
YAP icra katibinin müavini Siyavuş Novruzovun Teleqraf.com-a açıqlamasında "EL" hərəkatının yeni dəbdəbəli ofisini nəzərdə tutaraq səsləndirdiyi şeirə qarşı tərəfdən reaksiya gəlib.

S.Novruzov aşağıdakı şeir parçasını "EL"in yeni ofisi üçün ifadə etmişdi.

"Qızıldan olsa da qarğa yuvası,
Adı ki, qarğadır nədir mənası?
Meydanda tək qalsa Laçın balası,
Yenə Laçın kimi vuruşacaqdır!"

"EL" hərəkatının ideoloji məsələlər üzrə katibi Zəfər Quliyev S.Novruzova atalar sözü ilə cavab verib. "El yandıran şamı söndürmək olmaz!"

Hərəkatın digər funksioneri Eldəniz Quliyev deyib ki, S.Novruzov güzgüyə baxıb, adını özgəyə qoymağı xoşlayır: "Cücəni payızda sayarlar. Payızda bilinəcək kim qarğadır, kim laçın balası. Yapraq kimi yapırıxıb YAP-a yapışanar. Payız gəlir! Mən Siyavuş Novruzovun şeirinə xokki ilə cavab verirəm".

AzNews.az