Vladimir Putinin Azərbaycana səfərinin proqramı açıqlanıb

26 Sentyabr 2018 16:54 (UTC+04:00)

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, V.Putin Bakıda Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək: “Dövlət başçıları Vladimir Putin və İlham Əliyevregion rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”.