Rövnəq Abdullayev Dünya çempionatının bayrağını Yaponiya nümayəndəsinə təqdim etdi

26 Sentyabr 2018 17:17 (UTC+04:00)

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev bayrağı Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə təqdim edib.

Sonra ali cüdo qurumunun rəhbəri bayrağı Yaponiya Cüdo Federasiyasının prezidenti Yasuhiro Yamaşitaya verib.

Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempionatı 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. (AZƏRTAC)

AzNews.az