Milli Məclisin nümayəndə heyəti GUAM PA-nın sessiyasında iştirak edəcək

26 Sentyabr 2018 17:27 (UTC+04:00)

Sessiyada Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan parlamentinin nümayəndələri ilə yanaşı, Baltik Assambleyanın üzvləri də iştirak edəcəklər. Sessiyada Azərbaycanı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, Əli Məsimli, Rüstəm Mahmudov və Kənan Axundov təmsil edəcəklər.

Sentyabrın 27-də GUAM PA-nın və Baltik Assambleyanın Rəyasət Heyətinin büro və komissiya iclasları keçiriləcək. Sentyabrın 28-də isə GUAM PA-nın sessiyasının rəsmi açılışı olacaq.

Rəsmi açılışda Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri Azər Kərimli də çıxış edəcək. Sessiyanın sonunda sənəd qəbul ediləcək. (AZƏRTAC)

AzNews.az