Bu xəstəlikdən 4 milyon nəfər ölüb - FOTO

26 Sentyabr 2018 17:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, respublikanın baş allerqoloqu, professor Cəbrayıl Məmmədov ağciyər və tənəffüs yolarında yaranan xəstəliklərin dünyada geniş yayıldığını qeyd edib.

Professor Əlizamin Sadıqov “Hospitaldaxili və ventilyator assosasiya olunan pnevmoniyaların müalicəsinə yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Avropada və ölkəmizdə xəstəliyin diaqnostikası, aşkarlanması, yeni müalicə üsullarından və xəstəliklə mübarizə aparılması yollarından danışılıb. Pnevmoniyaların müalicəsində yeni yanaşmalarla bağlı söylənilən fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda dünyada pnevmaniyadan 450 milyona yaxın şəxs əziyyət çəkir və 4 milyon insan adıçəkilən xəstəlikdən dünyasını dəyişib.

Səidə Nurməmmədli
AzNews.az