Kadırov İnquşetiya lideri ilə birgə sənəd imzaladı - Sərhədlə bağlı

26 Sentyabr 2018 19:19 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, Çeçenistanın Nadtereçni rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında yaşayış olmayan ərazilərin mübadiləsi həyata keçiriləcək.

Xatırladaq ki, sentyabrın 25-də İnquşetiyanın Sunjen şəhərində razılaşdırılmamış mitinq keçirilib. Mitinqdə İnquşetiya əhalisi Sunjen rayonunun ərazisinin bir hissəsinin Çeçenistana verilməsinə etirazlarını bildiriblər.

Qeyd edək ki, iki respublika arasında inzibati sərhəd 1991-ci ildə Çeçen-İnquş MSSR dağılandan sonra müəyyən edilməmişdi. 1993-cü ildə Çeçenistanın və İnquşetiyanın keçmiş rəhbərləri Cövhər Dudayev və Ruslan Auşev Sunjen rayonunun böyük hissəsinin İnquşetiyada qalmasını nəzərdə tutan müqavilə imzalamışdılar.

AzNews.az