Sabiq deputat vəfat etdi

26 Sentyabr 2018 19:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu “Report”a açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

O bildirib ki, İbrahim Qafarov Sabirabad rayonunda dəfn edilib: “İbrahim Qafarov ictimai-siyasi xadim olub. Ailəsinə səbr diləyirik”.

Qeyd edək ki, İ.Qafarov 1995-ci ildə 83 saylı Sabirabad–Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.

Allah rəhmət eləsin!

AzNews.az