Keçmiş əri qadını xəstəxanalıq etdi

26 Sentyabr 2018 20:23 (UTC+04:00)

Rayon sakini, 1966-cı il təvəllüdlü Vəfa Ağasalah qızı Bağırova çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni V.Bağırovanın keçmiş həyat yoldaşı törədib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az