Məkkə ilə Mədinə arasında sürət qatarı

26 Sentyabr 2018 20:33 (UTC+04:00)

AzNews.az ICTnews-a istinadən xəbər verir ki, dəmiryolu xəttinin açılış mərasimində şahzadə Salman bin Əbdüləziz əs-Səud və vəliəhd Məhəmməd ibn Salman iştirak ediblər.

Bu, səhradan keçməklə hərəkət edən dünyada ilk yüksəksürətli dəmiryolu xəttidir. Ərəbistan səhrası, Ciddə, Rabiq, kral Abdullanın İqtisadi şəhərindən keçən dəmir yolu xəttinin uzunluğu 450 km-dir.

Məkkə və Mədinə şəhərləri arasında İspaniyanın “Patentes Talgo S.L” şirkətinin istehsalı olan sürət qatarlarından istifadə ediləcək. Bu model az enerji sərf etməklə saatda 365 km sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.

AzNews.az