Tramp Türkiyəyə təşəkkür etdi

26 Sentyabr 2018 21:03 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Suriyada Əsəd rejiminin günahsız vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsinə görə, ABŞ-ın iki dəfə hərəkətə keçdiyini deyib.

Tramp, həmçinin, onu da qeyd edib ki, Rusiya və İran Suriyadakı rejimə kömək edir, İran və rejim isə şiddət və terroru həyata keçirir.

İranı terrora dəstək verməklə günahlandıran Tramp, ABŞ-ın İran nüvə razılaşmasından bu səbəbə görə çəkildiyini deyib.

İclasda Əsəd rejiminin İdlibdəki hücumlarını azaltdığına görə Tramp Türkiyəyə təşəkkür edib.

AzNews.az